Tarixin 13 iyulu...

MARAQLI
14:42 / 13.07.2026
195

Bu gün tarixin vərəqlərində 13 iyuldayıq.

Hit.az xəbər verir ki, bu gün Azərbaycanda və dünyada bəzi mühüm hadisələrlə yadda qalıb.

İlk növbədə qeyd edək ki, bu gün Monteneqroda Dövlətçilik Günüdür. Bundan başqa, bir sıra görkəmli şəxsin doğum və ya vəfat tarixi də məhz 13 iyula təsadüf edir. Az sonra onların hamısını xatırlayacağıq. Beləliklə, tarixin 13 iyuluna nəzər salırıq.

13 iyulda baş verənlər:
2012-ci ildə ölkəmizdə “ASAN xidmət” təsis edilib. 1977-ci ildə Somali Efiopiyaya müharibə elan edərək “Oqaden” müharibəsinə başlayıb. 2014-cü ildə alman milli futbol komandası Dünya Kubokunu qazanıb.

13 iyulda doğulanlar:
1975-ci ildə Milli Qəhrəman, şəhid Arif Qədiməliyev, 1926-cı ildə Xalq rəssamı Vidadi Nərimanbəyov, 1962-ci ildə diplomat Araz Əzimov və 1993-cü ildə şahmatçı Xəyalə Abdulla dünyaya gəlib.

Həmçinin, 1894-cü ildə rus yazıçısı İsaak Babel, 1940-cı ildə ingilis aktyoru Patrik Stüart, 1942-ci ildə amerikalı aktyor Harrison Ford, 1944-cü ildə macarıstanlı ixtiraçı Ernö Rubik, 1954-cü ildə türkiyəli müğənni Sezən Aksu, 1976-cı ildə ukraynalı kinorejissor Oleq Sentsov və 1982-ci ildə israilli kamança ifaçısı Mark Eliyahu dünyaya gəlib.

13 iyulda vəfat edənlər:
1926-cı ildə yazıçı, dramaturq Nəcəf bəy Vəzirov, 1980-ci ildə Əməkdar incəsənət xadimi, rəssam Şamil Qazıyev və 2019-cu ildə fotojurnalist Hüseyn Hüseynzadə dünyasını dəyişib.

Həmçinin, 1793-cü ildə fransız siyasətçisi Jan Pol Marat, 1936-cı ildə türkiyəli yazıçı Aliye Fatma, 1946-cı ildə amerikalı fotoqraf Alfred Stiqlitz, 1950-ci ildə Osmanlı şahzadəsi Zəkiyə Sultan, 1954-cü ildə meksikalı rəssam Frida Kalo, 2002-ci ildə kanadalı fotoqraf Yusuf Karş, 2017-ci ildə amerikalı kompüter alimi Çarlz Baxman və 2017-ci ildə çinli yazıçı Lyu Syaobo vəfat edib.

Pərviz

0