Bu gün tarixin vərəqlərində 15 iyuldayıq.
Hit.az xəbər verir ki, bu gün sıra tarixi hadisələrlə yadda qalıb.
İlk növbədə xatırladaq ki, 15 iyul 2016-cı ildə FETÖ terror təşkilatı tərəfindən Türkiyədə dövlət çevrilişinə cəhd edilib. Lakin türk xalqının qəhrəmancasına dirənişi nəticəsində çevriliş cəhdinin qarşısı alınıb. Bu gün artıq həmin günün üzərindən 10 il keçir. Bu gün Türkiyədə Demokratiya və Milli Birlik Günü kimi qeyd olunur. İndi isə bu tarixdə baş verən digər hadisələri, doğulan və vəfat edən şəxsləri xatırlayacağıq.
15 iyulda baş verənlər:
1997-ci ildə “Azpetrol” neft-qaz şirkəti təsis edilib. 1983-cü ildə ASALA Parisin Orli beynəlxalq hava limanında terror aktı törədib. 2007-ci ildə Braziliya milli futbol komandası Amerika Kubokunu, 2015-ci ildə isə Çili milli futbol komandası eyni turniri qazanıb. 2018-ci ildə Fransa milli futbol komandası Dünya Çempionatının qalibi olub.
15 iyulda doğulanlar:
1970-ci ildə Milli Qəhrəman, şəhid Əsəd Əhmədov və 1998-ci ildə kiçik gizir, şəhid Xudayar Yusifzadə, 1914-cü ildə Xalq rəssamı, heykəltəraş Cəlal Qaryağdı, 1925-ci ildə Xalq artisti, müğənni Rauf Atakişiyev, 1926-cı ildə Xalq artisti, aktrisa Sədayə Mustafayeva, 1930-cu ildə Xalq artisti, bəstəkar Azər Rzayev, 1932-ci ildə dövlət xadimi Musa Məmmədov, 1961-ci ildə fövqəladə hallar naziri Kəmaləddin Heydərov dünyaya gəlib.
Həmçinin, 1901-ci ildə italyalı filosof Nikola Abbanyano, 1922-ci ildə slovakiyalı yazıçı Hana Poniska, 1961-ci ildə amerikalı aktyor Forest Uitaker, 1985-ci ildə türkiyəli futbolçu Burak Yılmaz, 1986-cı ildə amerikalı kinorejissor Ari Aster, 1987-ci ildə yaponiyalı futbolçu Yuki Naqasato və 1995-ci ildə Böyük britaniyalı müğənni Elyar Foks doğulub.
15 iyulda vəfat edənlər:
1920-ci ildə general-leytenant Məmməd bəy Sulkeviç, 1970-ci ildə xalçaçı Güllər Əfəndiyeva, 2003-cü ildə yazıçı, dramaturq Altay Yusifoğlu dünyasını dəyişib.
Həmçinin, 1542-ci ildə italyanlı model Liza del Cokondo, 1904-cü ildə rus yazıçısı Anton Çexov, 1919-cu ildə alman kimyaçısı Emil Fişer, 1958-ci ildə İraq baş naziri Nuri Səid, 1997-ci ildə italyanlı dizayner Canni Versaçe, 2003-cü ildə alman futbolçusu və baş məşqçisi Alfred Praysler, 2017-ci ildə avstriyalı futbolçu Yozef Hamerl və 2017-ci ildə amerikalı aktyor Martin Landau vəfat edib.
Pərviz


