Bir çox insan adların insan həyatına təsir göstərə biləcəyinə inanır. Bu yanaşma elmi şəkildə təsdiqlənməsə də, valideynlər övladlarına xoşbəxt və uğurlu gələcək arzuladıqları üçün müsbət məna daşıyan adlara üstünlük verirlər.
HİT.az xarici mediaya istinadən xəbər verir ki, adların mənalarını araşdırdıqda, uğur, bolluq və xoşbəxtliklə əlaqələndirilən müxtəlif qadın adlarına rast gəlmək mümkündür.
Uğur və zənginliklə əlaqələndirilən qadın adları
Laima
Qədim Baltik mifologiyasında Laima xoşbəxtlik və uğurlu taleyin ilahəsi hesab olunurdu. Bu səbəbdən ad Baltik ölkələrində geniş yayılıb.
Bəzi inanclara görə, bu adı daşıyan insanı parlaq gələcək gözləyir. Azərbaycanda bu ada nadir hallarda rast gəlinir.
Felisiya
Latın mənşəli Felisiya adı “xoşbəxt” və “uğurlu” mənalarını verir.
Bu ad dünyanın müxtəlif ölkələrində istifadə olunur və xüsusi məna daşıyan nadir ad axtaran valideynlər arasında seçilir. İnanclara görə, Felisiya uğur və bəxtlə əlaqələndirilir.
Zlata
Zlata və Zlatoslava slavyan mənşəli qadın adlarıdır.
Bu adların mənası “qızıl” və “qiymətli” anlayışları ilə bağlıdır. Onlar zənginlik, dəyər və məqsədyönlülüklə əlaqələndirilir.
Viktoriya
Viktoriya adı latın dilində “qələbə” mənasını verir. Bu səbəbdən həmin ad uğur, liderlik və özünəinam anlayışları ilə əlaqələndirilir.
Qeyd edək ki, adların insan taleyinə, zənginliyə və uğura təsiri elmi cəhətdən sübut olunmayıb. Bu cür fikirlər əsasən mədəni inanclar və adların mənaları ilə bağlıdır.
Samir


