Tarixin 23 iyulu...

MARAQLI
16:10 / 23.07.2026
139

Bu gün tarixin vərəqlərində 23 iyuldayıq.

Hit.az xəbər verir ki, bu gün sıra tarixi hadisələrlə yadda qalıb.

Həmçinin, 23 iyul bir sıra görkəmli şəxsin doğum günü kimi xatırlanır. Eyni zamanda, bəzi tarixi şəxslərin də vəfat günü bu günə təsadüf edir. Onu da əlavə edək ki, bu gün İndoneziyada Uşaqlar Günü, Misirdə İnqilab Günü, Omanda Dirçəliş Günü, Papua-Yeni Qvineyada isə Xatirə Günüdür. Beləliklə, tarixin 23 iyuluna nəzər salırıq.

23 iyulda baş verənlər:
1900-cü ildə artan immiqrasiyanın təzyiqi nəticəsində Kanada öz sərhədlərini yoxsulların və cinayətkarların üzünə bağlayıb. 1995-ci ildə Uruqvay milli futbol komandası Amerika Kubokunu qazanıb. 2021-ci ildə XXXII Yay Olimpiya Oyunları Tokioda keçirilib.

23 iyulda doğulanlar:
1916-cı ildə Xalq rəssamı Maral Rəhmanzadə, 1941-ci ildə Xalq artisti, müğənni Flora Kərimova, 1952-ci ildə dövlət xadimi Əvəz Ələkbərov və 1966-cı ildə “Yeni Müsavat” Media Qrupunun təsisçisi və rəhbəri Rauf Arifoğlu doğulub.

Həmçinin, 1863-cü ildə macarıstanlı yazıçı Şandor Brodi, 1882-ci ildə türkiyəli general Kazım Qarabəkir, 1884-cü ildə almaniyalı aktyor Emil Yanninqs, 1925-ci ildə Banqladeşin ilk baş nazir Tacuddin Əhməd, 1967-ci ildə amerikalı aktyor Filip Seymur Hoffman və 1976-cı ildə macarıstanlı şahmatçı Yudit Polqar dünyaya gəlib.

23 iyulda vəfat edənlər:
1977-ci ildə Əməkdar artist, aktrisa Əminə Nağıyeva, 2017-ci ildə şair Yetim Eyvaz və 2020-ci ildə aktrisa və pianoçu Tamilla Rüstəmova dünyasını dəyişib.

Həmçinin, 1757-ci ildə italyanlı bəstəkar Domeniko Skarlatti, 1829-cu ildə polşalı aktyor Voyçex Boquslavski, 1885-ci ABŞ-nin 18-ci prezidenti Uliss Qrant, 1916-cı ildə şotlandiyalı kimyaçı Vilyam Ramzay, 1926-cı ildə rus rəssam Viktor Vasnetsov, 1966-cı ildə amerikalı aktyor Montqomeri Klift, və 2011-ci ildə ingilis müğənni Emi Uaynhaus vəfat edib.

Pərviz

0