Fizik izah edir: Yerdəki bütün insanlar eyni anda tullansa, nə baş verər?

MARAQLI
19:19 / 03.08.2026
52

Yer kürəsində yaşayan bütün insanlar eyni anda yerə sıçrayıb yenidən enərsə, planet demək olar ki, yerindən tərpənməyəcək. Bu nəticəyə ABŞ-ın Luiziana Cənub-Şərq Universitetinin fiziki Rett Allen gəlib. 

HİT.az xəbər verir ki, o, hipotetik ssenarini “UNILAD” nəşrinə şərhində impuls və enerjinin qorunması qanunları ilə izah edib.

Hesablamalar zamanı alim Yer kürəsində təxminən 7 milyard insanın yaşadığını və onların hər birinin orta hesabla 30 santimetr hündürlüyə tullana bildiyini fərz edib. Hətta bütün insanların eyni anda yerdən təkan verməsi belə, planetə təsir baxımından son dərəcə cüzi olacaq.

Yer kürəsinin kütləsi təxminən 6 × 10²⁴ kiloqram təşkil etdiyindən, bəşəriyyətin sıçrayışından yaranan ümumi impuls planetin hərəkətinə demək olar ki, təsir göstərmir. Allenin hesablamalarına görə, Yer qısa müddət ərzində əks istiqamətdə cəmi 2,6 × 10⁻¹³ metr/saniyə sürət qazanacaq.

Bu isə o deməkdir ki, bir saniyə ərzində Yer təxminən hidrogen atomunun radiusunun yüzdə biri qədər məsafə qət edəcək. Bu qədər kiçik yerdəyişməni praktik olaraq müşahidə etmək mümkün deyil.

İnsanlar yenidən yerə endikdən sonra isə Yer əvvəlki vəziyyətinə qayıdacaq. Fizikin sözlərinə görə, bu prosesi kütlələri fərqli olan və yay vasitəsilə bir-birinə bağlanmış iki cismin hərəkəti ilə müqayisə etmək olar. Belə sistemdə daha yüngül cisim xeyli çox hərəkət edir, ağır cisim isə cüzi yerdəyişməyə məruz qalır. Yer və bəşəriyyət nümunəsində həmin “yay” rolunu cazibə qüvvəsi oynayır.

Samir
 

0