Bu gün tarixin vərəqlərində 2 sentyabrdayıq.
Hit.az xəbər verir ki, bu gün sıra mühüm hadisələrlə yadda qalıb.
Həmçinin, 2 sentyabr bir sıra görkəmli şəxsin doğum günü kimi xatırlanır. Eyni zamanda, bəzi tarixi şəxslərin də vəfat günü bu günə təsadüf edir. Beləliklə, tarixin 2 sentyabrına nəzər salırıq.
2 sentyabrda baş verənlər:
1959-cu ildə Oğuz rayonunda 7 bal gücündə zəlzələ baş verib. 1666-cı ildə 3 gün davam edən Böyük London yanğını Köhnə Müqəddəs Pol Kafedralı da daxil olmaqla 10.000 binanı məhv edib. 1789-cu ildə ABŞ Xəzinədarlıq Departamenti təsis olunub.
2 sentyabrda doğulanlar:
1968-ci ildə Milli Qəhrəman, şəhid Valeh Müslümov, 1916-cı ildə rəssam Əyyub Hüseynov, 1949-cu ildə Əməkdar incəsənət xadimi, bəstəkar İsmayıl Hacıbəyov, 1979-cu ildə Azərbaycan əsilli Belarus müğənnisi Günəş Abbasova və 1982-ci ildə Əməkdar artist, dirijor Fuad İbrahimov doğulub.
Həmçinin, 1877-ci ildə ingilis kimyaçı Frederik Soddi, 1907-ci ildə sovet arxeoloqu Mixail Gerasimov, 1926-cı ildə rusiyalı aktyor Yevgeni Leonov, 1934-cü ildə amerikalı aktyor Çak Makkan, 1934-cü ildə türk pilot Çingiz Topel, 1953-cü ildə Əfqanıstan dövlət xadimi Əhməd Şah Məsud, 1963-cü ildə rusiyalı futbolçu və baş məşqçi Stanislav Çerçesov, 1964-cü ildə kanadalı aktyor Kianu Rivz, 1966-cı ildə meksikalı və amerikalı aktrisa Salma Hayek, 1974-cü ildə türk aktrisa Pınar Altuğ, 1975-ci ildə türk və amerika əsilli aktrisa və aparıcı Dəfnə Coy Foster və 1988-ci ildə Bosniya və Herseqovina futbolçusu İbrahim Şehiç dünyaya gəlib.
2 sentyabrda vəfat edənlər:
1992-ci ildə Milli Qəhrəman Tahir Həsənov Birinci Qarabağ müharibəsi zamanı şəhid olub.
1937-ci ildə tarixçi Teymur bəy Bayraməlibəyov, 2021-ci ildə güləşçi, Əməkdar məşqçi Aydın İbrahimov, 1910-cu ildə fransız rəssam Anri Russo, 1941-ci ildə yaponiyalı fizik Key Okami, 1973-cü ildə ingilis yazıçı Con Tolkin, 1997-ci ildə avstriyalı nevroloq Viktor Frankl, 2016-cı ildə Özbəkistanın 1-ci prezidenti İslam Kərimov və 2021-ci ildə yunanıstanlı bəstəkar Mikis Teodorakis vəfat edib.
Pərviz

