Doğum tarixinizə görə ruhunuz hansı onillikdə yaşamalı idi?

MARAQLI
23:51 / 03.09.2026
44

Heç düşünmüsünüzmü ki, başqa bir dövrdə yaşasaydınız, hansı onillik sizə daha uyğun olardı? Numerologiyaya görə, doğum tarixinin yalnız ili deyil, ayın hansı günündə dünyaya gəlməyiniz də xarakteriniz və müəyyən bir tarixi dövrə uyğunluğunuz barədə ipucu verə bilər.

HİT.az xəbər verir ki, bu barədə "Parade" yazıb.

Bu yanaşmaya əsasən, doğum gününüzün rəqəmi müəyyən planetlə əlaqələndirilir və həmin planetin simvolik xüsusiyyətlərinə uyğun olaraq sizin üçün ideal onillik müəyyən edilir.

1, 10, 19 və ya 28-də doğulanlar – 1980-ci illər

Bu tarixlərdə doğulanların günəş enerjisi ilə əlaqəli olduğu düşünülür. Özünəinamlı, diqqət mərkəzində olmağı sevən və məqsədyönlü insanlar üçün 1980-ci illər uyğun dövr hesab olunur.

Neon rənglər, dəbdəbəli geyimlər, böyük saç düzümləri, pop musiqisi və parlaq həyat tərzi həmin dövrün əsas xüsusiyyətləri idi. Bu tarixlərdə doğulanların enerjili və qlamur üsluba meylli olduğu bildirilir.

2, 11, 20 və ya 29-da doğulanlar – 1990-cı illər

Ay ilə əlaqələndirilən bu tarixlərdə doğulanlar həssas, qayğıkeş, intuitiv və emosional insanlar kimi xarakterizə edilir.

1990-cı illərin alternativ musiqisi, qranj mədəniyyəti, mistikaya və kristallara marağın artması, eləcə də daha emosional həyat tərzi bu insanların xarakterinə uyğun hesab olunur. Onlar üçün həmin dövrün musiqisi və nostalji atmosferi xüsusilə cəlbedici ola bilərdi.

3, 12, 21 və ya 30-da doğulanlar – 1920-ci illər

Numerologiyada üç rəqəmi Yupiterlə əlaqələndirilir. Bu rəqəmin insanlara nikbinlik, geniş dünyagörüşü və böyük arzular aşıladığı düşünülür.

Bu səbəbdən 1920-ci illər – cazın, dəbdəbənin, ədəbi və incəsənət həyatının yüksəliş dövrü – onlar üçün ideal onillik sayılır. “Caz əsri” kimi tanınan həmin dövrün enerjisi macəra və zəngin həyat arzusunu əks etdirir.

4, 13, 22 və ya 31-də doğulanlar – 1960-cı illər

Dörd rəqəmi Uranla əlaqələndirilir və dəyişiklik, yenilikçilik, üsyan və azadlıq ideyalarını simvolizə edir.

1960-cı illər isə məhz sosial dəyişikliklərin, müharibə əleyhinə etirazların, vətəndaş hüquqları hərəkatının və musiqi inqilabının baş verdiyi dövr kimi tanınır. Bu tarixlərdə doğulanların yeniliklərə açıq və mövcud qaydaları dəyişdirmək istəyən insanlar olduğu düşünülür.

5, 14 və ya 23-də doğulanlar – 1970-ci illər

Beş rəqəmi Merkuri ilə əlaqələndirilir. Bu isə informasiya, texnologiya, düşüncə və ünsiyyətlə bağlı xüsusiyyətləri ifadə edir.

1970-ci illər texnologiyanın inkişafının sürətləndiyi, Apple və Microsoft kimi şirkətlərin meydana çıxdığı, musiqi və kino sahəsində böyük dəyişikliklərin baş verdiyi dövr idi. Eyni zamanda həmin illərin rəngarəng geyim üslubu da bu insanların xarakterinə uyğun hesab edilir.

6, 15 və ya 24-də doğulanlar – 1950-ci illər

Altı rəqəmi Venera ilə əlaqələndirilir. Numerologiyada Venera sevgi, gözəllik, münasibətlər, musiqi və harmoniya ilə əlaqələndirilir.

1950-ci illər isə müharibədən sonrakı iqtisadi canlanma, ailə və münasibətlərə böyük əhəmiyyət verilməsi, rok-n-rollun yaranması və qadın dəbinin dəyişməsi ilə yadda qalıb. Buna görə də romantik və estetik zövqləri güclü olan insanların ruhunun həmin dövrə uyğun olduğu iddia edilir.

7, 16 və ya 25-də doğulanlar – 1590-cı illər

Yeddi rəqəmi mistisizm və xəyal dünyası ilə əlaqələndirilən Neptunla bağlanır. Bu tarixlərdə doğulan insanların intuitiv, yaradıcı, xəyalpərəst və mənəvi mövzulara maraqlı olduğu düşünülür.

Bu səbəbdən onların ruhuna 1590-cı illərin İngiltərəsi, xüsusilə də teatr və ədəbiyyatın inkişaf etdiyi Elizabet dövrü uyğun hesab edilir. Uilyam Şekspirin yaradıcılığı, astrologiya və əlkimyaya maraq həmin dövrün əsas xüsusiyyətləri sırasında göstərilir.

8, 17 və ya 26-da doğulanlar – 1880-ci illər

Səkkiz rəqəmi Saturnla əlaqələndirilir və nizam-intizam, məsuliyyət, zəhmətkeşlik və sərt qaydalarla bağlanır.

XIX əsrin sonlarına aid 1880-ci illər də məhz əmək, sosial normalar və ciddi ictimai qaydaların ön planda olduğu dövrlə xarakterizə olunur. Praktik düşüncəli və möhkəm təməl qurmağa üstünlük verən insanların bu onilliklə daha çox uyğunlaşdığı hesab edilir.

9, 18 və ya 27-də doğulanlar – 1940-cı illər

Doqquz rəqəmi Marsla əlaqələndirilir. Mars enerji, mübarizə, rəqabət, cəsarət və məqsədyönlülüyü simvolizə edir.

1940-cı illər isə İkinci Dünya müharibəsi və onun yaratdığı böyük ictimai səfərbərlik, eləcə də klassik Hollivud, beysbol və komiks qəhrəmanlarının populyarlaşması ilə seçilib. Aktiv, rəqabətçi və mübariz xarakterə malik insanların bu dövrün ruhuna daha yaxın olduğu düşünülür.

Samir
 

0