Tarixin 3 sentyabrı...

MARAQLI
13:23 / 03.09.2026
181

Bu gün tarixin vərəqlərində 3 sentyabrdayıq.

Hit.az xəbər verir ki, bu gün sıra mühüm hadisələrlə yadda qalıb.

3 sentyabr bəzi görkəmli şəxsin doğum, habelə vəfat kimi yadda qalıb. Eyni zamanda, bu gün Qətərdə Müstəqillik Günü, San-Marinoda isə Müqəddəs Marinus və Respublika Bayramıdır. Beləliklə, tarixin 3 sentyabrına nəzər salırıq.

3 sentyabrda baş verənlər:
2012-ci ildə Bakıda “Four Seasons Hotel Baku” hotelinin açılışı olub. 1260-cı ildə Məmlüklər və monqollar arasında “Əyn Cəllud” döyüşü baş verib. 1783-cü ildə Paris Müqaviləsinin imzalanması ilə ABŞ İstiqlal müharibəsi başa çatıb. 1922-ci ildə Türkiyə İstiqlaliyyət Müharibəsində Türk ordusu Emət, Ödəmiş və Eşməyə daxil olub. 1971-ci ildə Qətər müstəqil dövlət olub.

3 sentyabrda doğulanlar:
1929-cu ildə aktrisa Məleykə Ağazadə, 1931-ci ildə Xalq rəssamı Oqtay Şıxəliyev, 1951-ci ildə Xalq artisti, aktyor Yaşar Nuri, 1960-cı ildə Milli Məclisin VI və VII çağırış deputatı Afət Həsənova doğulub.

Həmçinin, 1874-cü ildə norveçli riyaziyyatçısı və astrofiziki Karl Stomer, 1875-ci ildə alman avtomobil mühəndisi Ferdinand Porşe, 1908-ci ildə rusiyalı riyaziyyatçı Lev Pontryagin, 1936-cı ildə Tunisin 2-ci prezidenti Zeynalabdin bin Əli, 1941-ci ildə sovet jurnalisti və yazıçısı Sergey Dovlatov, 1947-ci ildə İtaliya baş naziri Mario Dragi, 1952-ci ildə türk müğənnisi Şəhrizadə, 1965-ci ildə amerikalı aktyor Çarli Şin, 1982-ci ildə niderlandlı futbolçu Adnan Bərəkət və 1988-ci ildə qanalı futbolçu Jerom Boatenq dünyaya gəlib.

3 sentyabrda vəfat edənlər:
1995-ci ildə Milli Qəhrəman Ramazan Çirinqov Birinci Qarabağ müharibəsi zamanı şəhid olub.

Həmçinin, 1592-ci ildə ingilis dramaturq Robert Qrin, 1853-cü ildə fransız botanik Oqüsten Sent-İler, 1877-ci ildə Üçüncü Fransa Respublikasının ilk prezidenti Adolf Tyer, 1883-cü ildə rusiyalı yazıçı İvan Turgenev və 2012-ci ildə amerikalı aktyor Maykl Klark Dunkan vəfat edib.

Pərviz

0