Tarixin 4 sentyabrı...

MARAQLI
16:30 / 04.09.2026
180

Bu gün tarixin vərəqlərində 4 sentyabrdayıq.

Hit.az xəbər verir ki, bu gün sıra tarixi hadisələrlə yadda qalıb.

Həmçinin, 4 sentyabr bir sıra görkəmli şəxsin doğum günü kimi xatırlanır. Eyni zamanda, bəzi tarixi şəxslərin də vəfat günü bu günə təsadüf edir. Beləliklə, tarixin 4 sentyabrına nəzər salırıq.

4 sentyabrda baş verənlər:
1870-ci ildə Fransa imperatoru III Napoleon devrilib və Üçüncü Fransa Respublikası elan edilib. 1888-ci ildə Corc İstman “Kodak” ticarət markasını qeydiyyata alıb və rulon filmindən istifadə edən kamerası üçün patent alıb. 1998-ci ildə Stenford Universitetinin tələbələri Larri Peyc və Sergey Brin tərəfindən “Google” şirkəti təsis edilib.

4 sentyabrda doğulanlar:
1967-ci ildə futbolçu və baş məşqçi Vidadi Rzayev, 1968-ci ildə kinorejissor Vahid Mustafayev, 1972-ci ildə Əməkdar artist, aktyor və şoumen Bəhram Bağırzadə doğulub.

Həmçinin, 1891-ci ildə alman mühəndis Fritz Todt, 1913-cü ildə yaponiyalı memar Kenzo Tanqe, 1924-cü ildə ingilis yazıçı Con Eyken, 1927-ci ildə amerikalı kompüter alimi Con Makkarti, 1952-ci ildə hindistanlı aktyor Rişi Kapur, 1953-cü ildə türk futbolçu və baş məşqçi Fatih Terim, 1969-cu ildə Gürcüstanın keçmiş baş naziri Georgi Marqvelaşvili və 1981-ci ildə amerikalı müğənni Beyonse dünyaya gəlib.

4 sentyabrda vəfat edənlər:
1992-ci ildə Milli Qəhrəman, baş leytenant Fəxrəddin Nəcəfov Birinci Qarabağ müharibəsi zamanı şəhid olub. 

2003-cü ildə yazıçı, professor Əzizə Cəfərzadə və 2019-cu ildə şair Abbas Abdulla, 1954-cü ildə türk generalı Əhməd Zəki Soydəmir, 1965-ci ildə alman-fransız ilahiyyatçısı Albert Şveytser, 1984-cü ildə gürcüstanlı yazıçı Nodar Dumbadze, 1989-cu ildə belçikalı yazıçı Jorj Simenon, 1997-ci ildə italiyalı memar Aldo Rossi və 2014-cü ildə litvalı aktyor Donatas Banionis vəfat edib.

Pərviz

0