Bu gün tarixin vərəqlərində 7 sentyabrdayıq.
Hit.az xəbər verir ki, bu gün tarixdə bəzi mühüm hadisələr baş verib.
7 sentyabr bir sıra görkəmli şəxsin doğum və ya vəfat günü kimi xatırlanır. Onu da əlavə edək ki, bu gün Braziliyada Müstəqillik Günü, Ficidə Konstitusiya Günü, Mozambikdə isə Qələbə Günüdür. Beləliklə, tarixin 7 sentyabrına nəzər salırıq.
7 sentyabrda baş verənlər:
1992-ci ildə Azərbaycan və Yaponiya arasında diplomatik əlaqələr qurulub. 1923-cü ildə İnterpol təsit olunub. 2019-cu ildə Ukrayna və Rusiya arasında məhbus mübadiləsi zamanı kinorejissor Oleq Sentsov daxil olmaqla 67 nəfər azadlığa buraxılıb. 2021-ci ildə Bitkoin El Salvadorda qanuni ödəniş vasitəsi elan edilib.
7 sentyabrda doğulanlar:
1973-cü ildə rok musiqiçisi Teymur Nadir, 1976-cı ildə futbolçu Ədəhim Niftəliyev, 1976-cı ildə Xalq artisti, opera müğənnisi Fidan Hacıyeva və 1980-ci ildə müğənni, “Avroviziya 2011”-in qalibi Nigar Camal doğulub.
Həmçinin, 1533-cü ildə İngiltərə və İrlandiya kraliçası I Elizabet, 1910-cu ildə alban tarixçi Aleks Buda, 1933-cü ildə sloveniya yazıçı Alenka Qolyevşek, 1934-cü ildə macarıstan fizioloqu və yazıçı Laslo Bito, 1937-ci ildə türkiyəli aktyoru Cüneyt Arkın, 1968-ci ildə gürcüstanlı futbolçu və baş məşqçi Kaxaber Tsxadadze, 1980-ci ildə türkiyəli futbolçu və baş məşqçi Əmrə Bəlözoğlu və 1992-ci ildə türkiyəli aktrisası və modeli Gizem Karaca dünyaya gəlib.
7 sentyabrda vəfat edənlər:
1969-cu ildə teatr rejissoru Soltan Dadaşov, 1989-cu ildə şair Hafiz Baxış və 2013-cü ildə Milli Məclisin I və II çağırış deputatı Sirus Təbrizli dünyasını dəyişib.
Həmçinin, 1927-ci ildə rusiyalı heykəltəraş Anna Qolubkina, 1955-ci ildə sovet teatr rəssamı Fyodr Fyodorovski, 1962-ci ildə danimarkalı yazıçı Karen Blinksen, 1978-ci ildə xorvat tarixçi Grga Novak, 2005-ci ildə italiyalı müğənni Serco Endriqo və 2017-ci ildə Türkiyənin ilk qadın naziri, professor Türkan Akyol vəfat edib.
Pərviz

