Tarixin 17 noyabrı...

MARAQLI
10:30 / 17.11.2026
61

Bu gün tarixin vərəqlərində 17 noyabrdayıq.

Hit.az xəbər verir ki, bu gün bir çox tarixi hadisələrlə yadda qalıb.

Həmçinin, 17 noyabr bir çox şəxsin doğum günü kimi xatırlanır. Eyni zamanda, bəzi tarixi şəxslərin də vəfatı bu günə təsadüf edir. Onu da qeyd edək ki, bu gün Azərbaycanda Milli Dirçəliş Günü, dünyada isə Beynəlxalq Tələbə Günü kimi qeyd olunur. Beləliklə, tarixin 17 noyabrına nəzər salırıq.

17 noyabrda baş verənlər:
1959-cu ildə Şamaxı Astrofizika Rəsədxanası təsis edilib. 1992-ci ildə “525-ci qəzet” ilk dəfə nəşr olunub. 2011-ci ildə Qəbələ Beynəlxalq Hava Limanı təsis edilib. Həmçinin, 1869-cu ildə Misirdə Aralıq dənizini Qırmızı dənizlə birləşdirən Süveyş kanalının açılışı olub. 

1929-cu ildə Argentina milli futbol komandası Amerika Kubokunu qazanıb. 1989-cu ildə Praqada tələbə nümayişinin yatırılması ilə Çexoslovakiyada “Məxməri inqilab” başlayıb. 2003-cü ildə isə aktyor Arnold Şvartsenegger Kaliforniya qubernatoru kimi fəaliyyətə başlayıb.

17 noyabrda doğulanlar:
1963-cü ildə Azərbaycanın Milli Qəhrəmanı, şəhid podpolkovnik, Sergey Murtuzəliyev, 1906-cı ildə xalçaçı-rəssam Lətif Kərimov, 1923-cü ildə rəssam Fuad Xəlilov, 1927-ci ildə nasir Əli İldırımoğlu və 1933-cü ildə pianoçu Gülarə Əliyeva dünyaya gəlib.

Həmçinin, 1790-cı ildə alman riyaziyyatçı Avqust Ferdinand Möbius, 1902-ci ildə amerikalı və macarıstanlı fizik Yucin Viqner, 1906-cı ildə yapon mühəndisi və sənayeçisi Soiçiro Honda, 1916-cı ildə ukraynalı aktyor Boris Çinkin, 1926-cı ildə gürcü idman şərhçisi Kote Maxaradze, 1944-cü ildə amerikalı aktyor Denni De Vito, 1966-cı ildə fransız aktrisa Sofi Marso, 1971-ci ildə ingilis şahmatçı Maykl Adams, 1978-ci ildə aktrisa Reyçel Makadams və 1986-cı ildə portuqaliyalı futbolçu Nani doğulub.

17 noyabrda vəfat edənlər:
1970-ci ildə opera müğənnisi Əliövsət Sadıqov və 2006-cı ildə Xalq artisti, aktrisa Gülşən Qurbanova dünyasını dəyişib.

Həmçinin, 1420-ci ildə Qaraqoyunlu hökmdarı Qara Yusif, 1558-ci ildə İngiltərə və İrlandiya kraliçası I Mariya, 1808-ci ildə Osmanlı sultanı IV Mustafa, 1917-ci ildə fransız heykəltəraş Ogüst Roden, 1998-ci ildə rusiyalı şahmatçı Efim Heller, 2006-cı ildə macarıstanlı futbolçu və baş məşqçi Ferents Puşkaş, 2010-cu ildə gürcü dövlət xadimi Georgi Arsenişvili və 2013-cü ildə britaniyalı yazıçı Doris Lessinq vəfat edib.

Pərviz

0