Tanınmış jurnalist "Yelo Bank"dan getdi

ÖLKƏ
13:05 / 02.09.2020
673

"Yelo Bank"-ın İctimaiyyətlə əlaqələr üzrə müşaviri İlkin Əhmədov adıçəkilən bankdan gedir.

HİT.Az ABC.Az-a istinadla xəbər verir ki, İ.Əhmədov prodakşn şirkətlərindən biri ilə müqavilə imzalayıb. Həmin şirkətin həyata keçirdiyi bir çox layihələrdə yer almağı planlaşdıran jurnalist eyni zamanda "Radio Antenn"-də (101 FM) yol hərəkəti ilə bağlı verilişin aparıcısı olacaq. Veriliş tanınmış hüquqşünas Ərşad Hüseynovla birgə ərsəyə gələcək.

İ.Əhmədovun sözlərinə görə, "Düzgün hərəkət" adlı layihə üzərində xeyli müddətdir iş gedirdi: "Hər gün minlərlə yol hərəkəti iştirakçısının yol yoldaşı olmaq böyük məsuliyyətdir. Məqsədimiz hər kəsə faydalı olmaqdır. Sentyabrın 7-dən etibarən həftə içi hər gün 18:00-dan etibarən "Düzgün hərəkət"də olacaqsınız. Bizi dinləməyiniz "Düzgün hərəkət"dir".

Həmkarımız onu da əlavə edib ki, tezliklə layihə video formatda da yayımlanacaq: "Gələcəkdə TV versiyası üzərində işləyə bilərik. Lakin indiki mərhələdə bu prioritet deyil. Çünki sosial şəbəkələr TV-lər üzərində çox böyük üstünlüyə malikdir. Birinci hədəfimiz radio, ikinci isə sosial şəbəkələrdir".

Qeyd edək ki, İ.Əhmədov bundan əvvəl "AcssesBank"-da PR menecer, APA informasiya agentliyində iqtisadiyyat şöbəsinin rəhbəri və ATV kanalında müxbir kimi çalışıb.

0