Fərhad Əliyev Kərəm Həsənovun qohumunu İŞDƏN ÇIXARDI

ÖLKƏ
14:21 / 23.09.2020
6996

Sabiq İqtisadi İnkişaf naziri Fərhad Əliyev sahibi olduğu və Sumqayıt Kimya Sənaye Parkının rezidenti olan "Alco” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktorunu işdən çıxarıb.

Hİt.Az Unikal.org-a istinadla xəbər verir ki, F.Əliyev yağ zavodunun direktoru Elşad Abasovu tutduğu vəzifədən azad edib. 

Qeyd edək ki, E.Abasov F.Əliyev İqtisadi İnkişaf naziri olarkən onun köməkçisi olub. Nazirlə birlikdə o da həbs olunmuşdu. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsinin müdiri Kərəm Həsənovun bibisi  qızının həyat yoldaşıdır.

2