Tovuz rayonunda əsən güclü külək Bakı-Gürcüstan dəmiryolu xəttində bəzi problemlərə yol açıb.
BAKU.WS-in verdiyi məlumata əsasən, təbiət hadisəsi nəticəsində iri gövdəli qovaq ağacları aşaraq dəmiryolu relslərinin üzərinə düşüb. Nəticədə bu istiqamətdə dəmiryolu vaistəsi ilə yükdaşımalarda müəyyən fasilələr yaranıb. Külək təxminən 10-a yaxın ağacı aşırıb.
Hazırda ağan ağacların dəmiryolu üzərindən təmizlənməsi işlərinə başlanılıb.
Baku.ws