Ağsunun icra başçısı ölməyib, vəziyyəti ağırdır - AÇIQLAMA

ÖLKƏ
12:00 / 27.11.2020
1080

Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Vahid Tağıyevin vəfat etməsi ilə bağlı məlumat yalandır.

Bu barədə Trend-ə icra başçısının müalicə aldığı tibb müəssisəsindən məlumat verilib.

Müəssisədən qeyd ediblər ki, V.Tağıyev hazırda tibb müəssisəsində müalicəsini davam etdirir:

"İcra başçısının vəziyyəti ağırdır. Amma onun ölməsi ilə bağlı məlumat yalandır”.

0