Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatı İdarə Heyətinin üzvü, ADR Hərəkatı sədrinin müavini Məlahət Mürşüdlü 72 yaşında vəfat edib.
HİT.Az xəbər verir ki, bu barədə sosial şəbəkədə ADR-in idarə heyətinin üzvləri paylaşım ediblər.
M.Mürşüdlü Azad Müəllimlər Birliyinin sədri, tanınmış təhsil eksperti, pedaqoji elmlər üzrə fəlsəfə doktoru idi.