Dilqəm Əsgərov Paşinyana səsləndi

ÖLKƏ
14:38 / 31.12.2020
1399

Buradan Araik Arutyunyana, Nikol Paşinyana, Robert Köçəryana səslənirəm, bəs nooldu?

HİT.Az Publika.az-a istinadən xəbər verir ki, bunu 6 il Ermənistanda girovluqda qalan Dilqəm Əsgərov deyib. O bildirib ki, müharibənin ilk günlərində ermənilər də nəyin baş verdiyini anlamırdılar:

"Məndən soruşurdular ki, nə məsələdir. Mən isə həmişə öz-özümə deyirdim ki, Azərbaycan Əsgəri gələcək. Əsirlikdə olarkən radio ilə cənab Prezidentin xarici səfərlərini izləyirdik. Çox sevinirdim. Bilirdim ki, bu cür güclü siyasi lider torpaqlarımızı geri qaytaracaq. Dəmir yumruqla ermənilərin başını əzdi".

0