52 nəfər direktor vəzifəsinə təyin edildi - RƏSMİ

ÖLKƏ
13:53 / 02.01.2021
856

52 nəfər direktor vəzifəsinə təyin edilib.

HİT.Az xəbər verir ki, bu barədə Təhsil Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, 2019-cu ilin iyul ayında elan edilmiş dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin növbəti yerləşdirmə mərhələsinin nəticələrinə əsasən, uğur qazanmış və ehtiyat kadr siyahısında olan daha 52 nəfər direktor vəzifəsinə təyin edilib.

Bununla da, 2019-2020-ci illərdə müsabiqədə uğur qazanaraq direktor vəzifəsinə təyin olunan şəxslərin sayı 433 nəfərə çatıb.

1