Paşinyanın arvadı bu hərəkətləri ilə erməniləri qıcıqlandırır - FOTO

ÖLKƏ
15:20 / 25.01.2021
2781

Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın davranışı yenidən tənqidlərə səbəb olub.

Onun müharibədə öldürülmüş ermənilərdən birinin ailəsini ziyarət etməsi cəmiyyətdə qıcıq yaradıb.

Akopyan bununla neçənci dəfədir ki, yasda olan əsgər ailələrini ziyarətə gedərkən, toya bəzənirmiş kimi geyinir, ya da üzündən təbəssüm, sevinc hissi əskik olmur. Onun növbəti ziyarətindən sonra paylaşılan fotolarda da yenidən qəmli sima əvəzinə sevincli, xoşbəxt göründüyü sezilir.

Erməni ictimai fəal Vaqram Petrosyan bununla bağlı yazıb: “Bir həftəlik Moskva istirahətindən sonra ərini itirmiş dul qadının yanında oturan Akopyanın üzündə təbəssüm yarandı. Onun saçına, paltosuna, yaxasındakı nişana, simasına baxın. Sanki deyir ki, “nə eləmişiksə, yaxşı etmişik!”

0
Azvision.az