Goranboyda dəhşətli yol qəzası baş verib: Ölən və yaralılar var - FOTO

ÖLKƏ
21:57 / 29.01.2021
1045

Goranboyda ölümlə nəticələnən yol qəzası baş verib. Hadisə Bakı-Qazax yolunun Goranboy rayonunun Dəliməmmədli şəhərindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Mercedes Vito" markalı mikroavtobus "ZİL" markalı yük maşınına çırpılıb. Qəza nəticəsində 1 nəfər hadisə yerindəcə keçinib, 6 nəfər  xəsarət alıb.  

Məlumata görə, həyatını itirən mikroavtobusun sərnişini, Şəmkir rayon sakini 1968-ci il təvəllüdlü Əhmədov Hikmət Fərman oğludur. 

Xəsarət alanlar isə mikroavtobusun sürücüsü, 1986-cı il təvəllüdlü Məmmədov Vüsal İlqar oğlu, sərnişinlər - 1965-ci il təvəllüdlü Mirzəyeva Mehriban Mirzə qızı, 1998-ci il təvəllüdlü Həsənova Nigar Əşrəf qızı, "ZİL" markalı yük maşınının sürücüsü Zeynalov Rza Ərəstun oğludur. Daha iki nəfərə isə yerində ambulator müalicə göstərilib. Xəsarət alanların vəziyyətinin orta ağırlıqda olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

1