Vətən Müharibəsi şəhidi Ələkbər Ələkbərli Tərtərdə dəfn edildi - FOTO

ÖLKƏ
14:15 / 06.02.2021
924

Vətən Müharibəsində şəhid olan əsgər Tərtərdə dəfn edilib.

APA-nın məlumatına görə, Vətən müharibəsində şəhid olan Tərtər  rayon Köçərli kənd sakini, 1991-ci il təvəllüdlü, müddətdən artıq hərbçi Ələkbərli Ələkbər Ramiz oğlunun nəşi ata ocağına gətirilib. Şəhidlə vida mərasimində Tərtər Rayon İcra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri və Azərbaycan Ordusunun hərbçiləri, döyüş yoldaşları, rayon ictimaiyyəti iştirak edib. 

İki bacının bir qardaşı olan şəhid Köçərli kənd məzarlığında torpağa tapşırılıb. 

Ə. Ələkbərlinin sentyabrın 29-da Suqovuşanın işğaldan azad olmağı uğrunda gedən döyüşlərdə şəhid olduğu bildirilir. 

0