Səlim Müslümovun xanım qohumu vəzifədən azad edildi - FOTO

ÖLKƏ
12:08 / 08.02.2021
3377

Ağsu Rayon Mərkəzi Xəstəxanasının(RMX) Baş həkimi işdən çıxarılıb.

HİT.Az unikal.org-a istinadən xəbər verir ki, "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlının əmri ilə, Ağsu RMX-nin baş həkimi Şəhrəbanu Məlikova tutduğu vəzifədən azad olunub. Onun yerinə isə müavini Əli Hüseynov təyin edilib.

Qeyd edək ki, vəzifəsindən azad olunan Ş.Məlikova Səlim Müslümovun dayısının həyat yoldaşıdır.

3