Bakının əsas prospektlərindən biri bağlandı - FOTO

ÖLKƏ
12:21 / 08.02.2021
836

Bakının Xətai rayonunun Xocalı prospekti istiqamətində yol bağlanıb.

HİT.Az xəbər verir ki, bu barədə məlumatı Bakı Nəqliyyat Agentliyi yayıb.

Bildirilir ki, Nəcəfqulu Rəfiyev küçəsində aparılan asfaltlama işləri ilə əlaqədar Xocalı prospekti ilə kəsişməyə qədər yol bağlıdır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən isə bildirilib ki, öncədən xəbər verildiyi kimi fevral ayının 5-dən 6-na keçən gecədən etibarən Xətai rayonu Nəcəfqulu Rəfiyev küçəsinin Xocalı və Nobel prospektlərinin kəsişməsində yerləşən hissəsində aparılan təmir işləri ilə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb. Məhdudlaşma fevral ayının 9-u axşam saatlarından aradan qaldırılacaq.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları və öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.

Müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyirik.

1