ÖLKƏ
17:34 / 02.04.2021
322

İcra başçısının junalistə qarşı iddiası icraata götürüldü

Qubanın icra başçısı Ziyəddin Əliyevin araşdırmaçı jurnalist Cəmil Məmmədliyə qarşı xüsusi ittiham qaydasında qaldırdığı iddia icraata götürülüb. 

HİT.Az xəbər verir ki, bu gün Xaçmaz Rayon Məhkəməsində iş üzrə hazırlıq iclası keçirilib. Prosesdə media mənsubları iştirak edib. 

Hakim Anar Sadıqovun sədrliyi ilə keçirilən prosesdə aprelin 9-na baxış iclası təyin edilib.

İcra başçısının Cəmil Məmmədlini məhkəməyə verməsinə səbəb jurnalistin onun barəsində açıqladığı faktlar olub. Jurnalist sosial şəbəkələrdə və müxtəlif media saytlarında bildirib ki, Ziyəddin Əliyev 200 nəfərin maaş kartını mınimsəyib. Cəmil Məmmədli bununla bağlı müxtəlif sənədlər də yayımlayıb.

Lakin Ziyəddin Əliyev jurnalistin ona böhtan atdığını iddia edir. O, jurnalistin Cinayət Məcəlləsinin 147-2 (ağır, xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə xüsusi ittiham qaydasında məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş edir.

Vüqar

1