Azərbaycanda indiyədək neçə nəfər peyvənd olunub?

ÖLKƏ
15:45 / 04.04.2021
691

Azərbaycanda son sutkada koronavirus 22 932 peyvəndi vurulub.

Bu barədə HİT.az Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadən xəbər verir.

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 8 451, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 14 481 nəfər təşkil edib.

Bununla da Azərbaycanda vurulan vaksinlərin ümumi sayı 947 745, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 590 914, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 356 831 nəfər təşkil edir.

0