Dövlət qurumu “Azərsun Holdinqi” məhkəməyə verdi

ÖLKƏ
15:11 / 07.04.2021
1902

Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi  “Duz İstehsalat Birliyi” QSC-ni məhkəməyə verib. 

HİT.Az xəbər verir ki, Agentliyin iddiası artıq icraata götürülüb. Aprelin 13-nə hazırlıq iclası təyin edilib. İşə hakim Zaur Pirverdiyevin sədrliyi ilə baxılacaq. 

Məlumata görə, QSC-nin məhkəməyə verilməsinin səbəbi öhdəliklərin yerinə yetirilməməsi ilə bağlıdır.

Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi  Ekologiya və Təbii Sərvətlər Nazirliyinə tabeli qurumdur.

“Duz İstehsalat Birliyi” QSC isə “Azərsun Holdinq”ə daxil olan təsisatdır. QSC 21 sentyabr 2007-ci il tarixdə “Azərsun Holdinq” tərəfindən təsis edilib.

“Azərsun Holdinq” Azərbaycanda ərzaq məhsullarının istehsalçısıdır. Ərzaq məhsullarının bahalaşması ilə bağlı bu günlərdə mediada yer alan materiallarda qiymət artımı holdinqin sabotajı kimi dəyərləndirilib.

VÜQAR

0