AMEA-dan Ramiz Mehdiyevin koronavirusa yoluxması ilə bağlı AÇIQLAMA 

ÖLKƏ
11:31 / 04.06.2021
1883

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyevin guya koronavirusa yoluxması ilə bağlı bəzi KİV-lərdə məlumatlar yayılıb.

Məsələ ilə bağlı AMEA İctimaiyyətlə əlaqələr və informasiya şöbəsindən HİT.Az-a bildirilib ki, yayılan məlumatların heç bir əsası yoxdur və onlar həqiqəti əks ertdirmir. 

“AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin səhhətində heç bir problem yoxdur və o, iş başındadır”, - məlumatda qeyd edilib.

0