Azərbaycanda magistral yolda sürücü yuxuya getdi - QƏZANIN ANBAAN GÖRÜNTÜLƏRİ (VİDEO)

ÖLKƏ
19:17 / 05.06.2021
934

Azərbaycanda Bakı- Sumqayıt yolunda dəhşətli qəza baş verib. 

Unikal.org-un məlumatına görə, hərəkətdə olan avtomobilin sürücüsü yuxuya gedib. Yanında olan şəxs isə telefonun kamerası ilə sosial şəbəkədə canlı yayım açdığına görə, sürücünün sükan arxasında yatmasından xəbərsiz olub. 

Qəza baş verdikdən sonra avtomobildək şəxslər hadisədən agah olub. 

Görüntülər sosial şəbəkədə paylaşılıb.

0