ÖLKƏ
12:39 / 10.11.2021
203

Ağstafada Bayraq yürüşü keçirilib - FOTOLAR

Ağstafada 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə Bayraq yürüşü keçirilib.

Nümunəvi Hərbi Orkestrin müşaiyyəti ilə keçirilən yürüşdə rayon ictimaiyyətinin nümayəndələri, şəhidlərin ailə üzvləri, qazilər, rayon ərazisində yerləşən N saylı hərbi hissələrdən əsgər və zabit heyəti iştirak edib. 

Əsgərlər yürüşboyu Azərbaycan Respublikasının Dövlət bayrağını çiyinlərində daşıyıblar. Yürüş Dövlət Bayrağı Meydanından başlayaraq Heydər Əliyev Mərkəzinədək davam edib. 

Tədbir iştirakçıları Mərkəzin önündə Ümimmilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.

0