ÖLKƏ
23:48 / 14.05.2022
487

Vilayət Eyvazovdan YENİ TƏYİNAT

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov yol polisində yeni təyinatla bağlı əmr imzalayıb. 

Hit.Az "avtosfer.az"-a istinadən xəbər verir ki, nazirin əmrinə əsasən, Baş Dövlət Yol Polisi İdarəsinin rəisinə yeni müavin təyin olunub.

Belə ki, polis polkovnik-leytenantı Pərvin Səfərəliyev BDYPİ-nin rəis müavini təyin edilib. 

Qeyd edək ki, daha öncə o, İdarənin Yol Patrul Xidməti Alayının komandir müavini vəzifəsində çalışıb.

Keçmiş rəis müavini, polkovnik-leytenant Namidan Piriyev tutduğu vəzifədən azad olunaraq, DİN-in Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinə rəis təyin edilib.

0