Bakıda yaşayış binası yanır

18:09 / 19.05.2022
888

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nəsimi rayonu, Füzuli küçəsində yerləşən dörmərtəbəli yaşayış binasında yanğın olması barədə məlumat daxil olub.

Hit.Az FHN-in saytına istinadən xəbər verir ki, məlumat qəbul ediləndən dərhal sonra nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri yanğın baş verdiyi ünvana cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

0