ÖLKƏ
17:12 / 23.06.2022
156

Seymur Orucov ağstafalı idmançılarla görüşdü - FOTOLAR

Seymur Orucov Rumıniyada sərbəst güləş üzrə Avropa çempionu olan millimizin qızıl medal qazanan ağstafalı üzvləri İlyas İsayev və Yusif Dursunovla görüşüb.

Görüşdə başçının müavinləri,  güləşçilərin valideynləri Mehman İsayev, Nürəddin Dursunov, Gənclər və İdman İdarəsinin məsul şəxsləri iştirak ediblər.

RİH başçısı qeyd edib ki, yerlərdə idmana göstərilən yüksək dövlət qayğısının nəticəsidir ki, Ağstafa Uşaq-gənclər idman məktəbinin Soyuqbulaq qəsəbəsi və Köçvəlili kəndindən olan yetirmələri ölkəmizi ən layiqli şəkildə təmsil edərək yüksək kürsüdə üçrəngli bayrağımızı dalğalandırıb, dövlət himnimizi səsləndirməyi bacarıblar. Seymur Orucov Avropa çemionlarına təşəkkür edərək, onları müvafiq fəxri fərman və hədiyyələrlə təltif edib.

Öz növbəsində qitə çempionları və valideynləri çıxış edərək idman sahəsinə və idmançılara göstərilən yüksək dövlət qayğısına görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.

Sonda xatirə şəkilləri çəkdirilib.

Qeyd edək ki, Rumıniyanın paytaxtı Buxarestdə keçirilən sərbəst güləş üzrə qitə birinciliyində Yığmamız 2 rekordunu yeniləyib. “Sərbəstlər” U-17 Avropa çempionatları tarixində medalların əyarına və komanda hesabında toplanan xallara görə ən yaxşı nəticəsinə imza atıb.

Qitə birinciliyində Sadiq Hüseynov (45 kq), Vasif Bağırov (48 kq), Elman Ağayev (51 kq), Camal Abbasov (55 kq), İlyas İsayev (65 kq) və Yusif Dursunov (110 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Ağa Qasımov (60 kq) ikinci, Ağanəzər Novruzovla (71 kq) Şəmistan Axundov (80 kq) isə üçüncü yeri tutub.

0