Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Gədəbəyə icra başçısı təyin edib. Dövlət başçısının sərəncamı ilə Orxan Çingiz oğlu Mürsəlov Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.
HİT.az xəbər verir ki, Orxan Mürsəlov bu təyinatadək Prezident Administrasiyasında çalışıb. O, Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 8-ci ərazi sektorunun baş məsləhətçisi vəzifəsini tutub.
O bu vəzifədə ikən administrasiyada qərb bölgəsinin kuratoru kimi mütəmadi olaraq Samux, Ağstafa, Qazax, Gədəbəy və digər rayonlardakı tədbirlərdə iştirak edib.
Qeyd edək ki, Gədəbəy Rayon İcra Hakimiyyətinin son başçısı İbrahim Mustafayev idi. 28 avqust 2018-ci ildə bu vəzifəyə təyin olunan İbrahim Mustafayev Prezidentin 5 oktyabr 2021-ci ildə imzaladığı sərəncamla işdən azad edilmişdi.