Polşada "vampir uşaqlar"ın dəfn edildiyi qəbiristanlıq aşkarlandı

DÜNYA
17:27 / 29.09.2026
47

Polşada arxeoloqlar vampir hesab edilmiş ola biləcək uşaqların dəfn olunduğu məzarlar aşkarlayıblar. 

HİT.az xəbər verir ki, “GreWi” portalı bu barədə məlumat yayıb.

Portalın məlumatına görə, Pen şəhərindəki qəbiristanlıqda başı aşağı istiqamətdə dəfn edilmiş uşağın skeleti aşkar olunub. Onun ayaqları dəmir çubuqla torpağa bərkidilib. Ötən il arxeoloqlar burada daha bir “vampir uşaq” dəfni aşkar etmişdilər. Həmin məzarda dəfn olunan şəxsin çiyinlərinin üzərinə ağır daşlar qoyulmuşdu.

Məqalədə qeyd olunur ki, alimlər bu tapıntıları birmənalı şəkildə vampirlərə qarşı qoruyucu mərasimlərlə əlaqələndirmək istəmirlər. Onlar digər magik-dini ayinlərin də mümkün olduğunu istisna etmirlər.

Bundan əvvəl tarix elmləri doktoru Vladimir Petruхin Pen kəndi yaxınlığındakı qəbiristanlığın 2022-ci ildə tikinti öncəsi aparılan işlər zamanı təsadüfən aşkarlandığını bildirmişdi.

Onun sözlərinə görə, qəbiristanlıq yolayrıcının yaxınlığında, təpənin yamacında yerləşib və müqəddəs hesab olunmayan ərazi olub. Belə yerlərdə adətən bidətçilər, yad insanlar, suda boğulanlar və xaç suyuna salınmamış uşaqlar dəfn edilirdi.

Petruхin qeyd edib ki, məzarlardan birində ayağında qıfıl olan və boynunun üzərində oraq yerləşdirilmiş “vampir qızın” qalıqları aşkarlanıb. Alim izah edib ki, zorakı şəkildə ölən insan vampir hesab edilə bilərdi.

Samir
 

0