Kəmaləddin Heydərovdan yeni təyinat

16:18 / 21.09.2022
1926

Fövqəladə Hallar Nazirliyində (FHN) kadr dəyişikliyi olub.

HİT.az "Unikal"a istinadən xəbər verir ki, bu barədə nazir general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.

Əmrə əsasən, Nazirliyin N saylı hərbi hissəsinin komandiri, polkovnik Teymur Qabulov vəzifəsindən azad edilib.

Nazirin digər əmri ilə o, FHN-nin Xüsusi Riskli Xilasetmə Xidməti rəisinin müavini vəzifəsinə təyin olunub.

0