"Park Bulvar"da Azərbaycanda ilk dəfə olaraq elektrik avtomobillərinin sərgisi keçirilir - FOTOLAR

ÖLKƏ
17:45 / 13.03.2023
1281

"Park Bulvar" ticarət və əyləncə mərkəzində Azərbaycanda ilk dəfə olaraq elektrik avtomobillərinin sərgisi keçirilir.

"Auto Eko 2023" adı altında keçirilən sərgi Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası (AADA) tərəfindən təşkil olunub.

Sərgi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilati dəstəyi ilə həyata keçirilir.

Tədbirdə Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, Müdafiə Sənayesi naziri Mədət Quliyev, deputatlar, QHT, media işçiləri, dövlət və özəl sektordan nümayəndələr iştirak edib.

AADA-nın icraçı direktoru Eyyub Əliyev rəsmi qonaqları sərgidə iştirak edən avtomobil markaları ilə tanış edib.

Sərgi çərçivəsində ölkəmidə satışda olan 9 avtomobil markası nümayiş olunur. Sərgi bu gün və sabah da davam edəcək.

0