İran Azərbaycanla Ermənistana uçuşları ləğv etdi
İrandan Azərbaycan və Ermənistana bütün aviareyslər ləğv edilib.
“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə məlumatı İranın Mülki Aviasiya Təşkilatının rəhbəri Məhəmməd Məhəmmədi-Bəxş açıqlayıb.
Onun sözlərinə görə, hər iki ölkədən də İrana uçuşlar təxirə salınıb.
O bildirib ki, sözügedən qərar növbəti göstərişə qədər qüvvədə olacaq.