Azərbaycan ürək tutulmasından ölüm sayına görə 188 ölkə içində 2-cidir

ÖLKƏ
18:55 / 22.09.2023
316

Dünya ölkələri üzrə 100.000 nəfərə düşən ürək xəstəliyindən ölüm nisbəti açıqlanıb. Azərbaycan siyahıda 188 ölkə içində 2-ci pillədə qərarlaşıb. 388 nəfərin ölümü ilə ikinci sıradadır. Ümumiyyətlə, son zamanlar ölkədə ürək xəstəliklərindən çox sayda həyatını itirir. Bunun səbəbləri nədir?

Tibb məsələləri üzrə ekspert Rasif Bağırov Hit.az-a bildirib ki, əslində rəqəm olduqca yüksəkdir:

"Ürək xəstəlikləri həmişə dünyada ölümün əsas səbəblərindən birincisi olub. Çünki sivilizasiyanın ən çox təsir göstərdiyi məhz ürəkdir. İnsanın mərkəzi sinir sistemindəki gərginliklər, keyfiyyətsiz qidalanma qəbulu damarların divarlarının kirəcləşməsinə şərait yaradır. Damar divarında problemin yaranması 20 yaşında başlayırsa, bu xəstə Azərbaycan kimi şəraitdə 50 yaşına çatanda daha pis vəziyyətə düşür. Bəlkə də, rəqəmlər düzgün açıqlanmayıb. 100 000 nəfərə düşən xəstə sayı bəlkə də, çox ola bilər. İnsanlarda əmək və istirahət rejimi normal olmalıdır, təbii qidalar üstünlük təşkil etməlidir, yuxu rejimi normal olmalıdır. Azərbaycanda bu dəqiqə əsəb, gərginliyi normal olan az sayda adam var. Bu da birbaşa ürəyə təsir edən amildir".

Aynur Əli

0