Karantin rejiminin yenidən uzadılmasına səbəb: "Yoluxmalar artıb"

ÖLKƏ
18:27 / 26.09.2023
479

"Biz artıq pandemiya dövründə pik hədli yoluxma baryerini keçdik". 

Bunu Hit.az-a açıqlamasında farmakoloq Aydın Əliyev deyib.

 O bildirib ki, Azərbaycanda COVİD problemini normal keçirdik:

"Xəstələrimizin sayı ⁷digər ölkələrlə müqayisədə az oldu. Dövlətimizin gördüyü karantin rejimi məsələsi, səhiyyə sistemimizin gördüyü  peyvənd məsələsi, əhalimizin çox hissəsinin sanitar-gigiyenik qaydalara normal riayət etməsi sayəsində ölkəmizdə virusa yoluxanların sayı az oldu. Sanitar-gigiyenik qaydalara riyaət etsək, xəstələnən insanlarla təmasdan qaçsaq, yoluxmanın yayılmasının qarşısını alarıq. Əl-ələ görüşmək kimi hallar da xəstəliyin yayılmasına səbəb ola bilər. Əlləri  tez-tez yumaq, gigiyenik vasitələrdən istifadə etmək, sağlam qidalanmaq, meyvə-tərəvəz qəbulunu çoxaltmaq, narahatlıq hiss etdiyimiz anda həkimə müraciət etməklə istənilən xəstəlikdən qoruna bilərik. Karantinin yenidən olmasına səbəb də bu yoluxmalardakı artımdır".

Qeyd edək ki, Azərbaycanda xüsusi karantin rejiminin müddəti yenidən uzadılıb.

Bu barədə Nazirlər Kabineti müvafiq qərar qəbul edib.

Qərara əasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2024-cü il 2 yanvar saat 06:00-dək uzadılıb.

Qeyd edək ki, bundan əvvəl karantin rejiminin müddəti 2 oktyabra qədər uzadılmışdı.

Aynur Əli

0