17:43 / 28.09.2023
177

\"Bu il məktəbli formalarının satışı zəif oldu\"

Tədris ilin sentyabrın 15-dən başlasa da, hələ də məktəbli forması almayan şagirdlər var. 

Maraqlıdır, bəs Bakı Tikiş Evinin mağazalarında bu ilki satış hansı səviyyədə olub?

“Bakı Tikiş Evi” ASC-nin satış şöbəsinin müdiri Etibar Əzimov Hit.az-a açıqlamasında deyib ki, bu il satış olduqca zəif olub:

"Bizim mağazalarımız hələ də fəaliyyət göstərir. 10 mağazamız var. Amma elə də çox gələn alıcı yoxdur. Tək-tək gəlib əlavə köynək, şalvar alırlar. Bu ilin satışı çox zəif getdi. Çünki həddindən artıq saxta məktəbli formaları istehsal olunub bazara çıxarıldı. Hər yer saxta məktəbli forması ilə dolu idi. Hamı işini-gücünü qoyub məktəbli formasının istehsalı ilə məşğul oldu. Ona görə də satış çox zəif idi. Rayonlardakı mağazalarımızda isə satış daha da bərbad və zəif oldu".

Aynur Əli

0