Nazir Ülkər Səttarovanı yeni yaradılan agentliyin sədri təyin etdi

10:45 / 02.10.2023
515

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib.

Manset.az-ın məlumatına görə, elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Agentliyin İdarə Heyətinin sədri Ülkər Səttarova tutduğu vəzifəsindən azad edilib. Digər əmrlə o, yeni yaradılan Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri təyin edilib.

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə hələlik təyinat yoxdur. 

0