Fatimə Hacıbəyli: “Erkən evliliklərin reqallaşmasında valideyn savadsızlığı da rol oynayır”

ÖLKƏ
18:04 / 25.10.2023
545

Son illərdə bu haqda mediada olduqca çox yazılır, qəzet və xəbər saytlarında bu mövzuya geniş yer ayrılır, televiziyalar bu barədə çox proqram və sujet hazırlayır. Qanunlarımız erkən evliliyin əleyhinədir. Amma nə fayda…

Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2022-ci il hesabatında qeyd edilir ki,cari il ərzində  respublikada erkən evlilik hallarının göstəricilərində artım müşahidə olunub. Azərbaycanın 12 iqtisadi rayonu üzrə 269 erkən evliliyin qarşısının alındığı bildirilən hesabatda qeyd olunub ki, Qazax-Tovuz (68 erkən evlilik) və Lənkəran-Astara (57 erkən ev- lilik) iqtisadi rayonlarının göstəricilərinə əsasən, bu ərazilərdə daha çox erkən evlilik faktı müəyyən edilib.

Bununla bərabər 12 iqtisadi rayon üzrə nikah yaşının 1 il azaldılması ilə bağlı daxil olan məlumatlar araşdırılıb, üzürlü səbəblər müəyyən edildikdən sonra 271 yetkinlik yaşına çatmayan şəxsə icra orqanları tərəfindən icazə verilib. Qazax-Tovuz (59) və Mərkəzi Aran (40) rayonları üzrə göstəricilər bu ərazilərdə erkən evliliyə daha çox meyl olduğunu göstərir.

Maraqlıdır, Azərbaycanda erkən evlilik niyə artır?

“Vəfa” Problemlərə Dəstək İctimai Birliyinin sədri Fatimə Hacıbəyli “Hit.az”ə şərhində bildirdi ki, erkən evliliklərin reqallaşmasında valideyn savadsızlığı da rol oynayır: “Statistikaya görə, regionlarda erkən yaşda ərə gedən qadınların atalarının 22 faizi, analarının 13 faizi ali və orta ixtisas təhsilə, üçdə ikisi ilk peşə-ixtisas və tam orta təhsilə, müvafiq olaraq 12 və 19 faizi ümumi orta təhsilə malikdir.Nəticədə, yeniyetmə qızların ərə verilməsi halları getdikcə artır. Belə qızlar bizim ölkəmizdə bir deyil, iki deyil, minlərlədir. Savadsız valideynin oduna düşən, həyatı məhv olan asyalar da var, savadlı valideynin öyüdlərinə, nəsihətlərinə qulaq asmayıb həyatını puç edən xatirələr də”.

F.Hacıbəyli bildirir ki, erkən yaşda ailə həyatı quran qız uşaqları adətən sosial həyatdan uzaqlaşma, narkotik istifadəsi, depressiya, intihara təşəbbüs, ailə daxili davalar və s. problemlər yaşayırlar.

Sevinc

0