Elektron siqaretlər zərərlidirmi?

ÖLKƏ
20:23 / 03.11.2023
1195

Son zamanlar normal siqaretlə yanaşı, elektron siqaretlər də geniş yayılıb. 

Kişilərlə yanaşı, artıq qadın və yaşı az olan gənclər də bundan istifadə etməyə meyillidir.

Electron siqaretin zərərləri haqqında həkim endokrinoloq Kamil Əliyev Hit.az-a şərhində bildirib ki, siqaretlərin tərkibində 20-yə yaxın konsorogen maddə var. Lakin əsas maddə oradakı qətrandır. Bu da ağciyər üçün konsorogen sayılır:

“Siqaret çəkən şəxslərdə ürək-damar xəstəlikləri riski 2, xərçəng riski isə 20 dəfə artıq olur. Onların sidik kisəsində ağciyər və mədə xərçənginə daha çox rast gəlinir. Siqaretdən istifadə edənlərdə xərçənglə yanaşı, digər ağciyər xəstəlikləri və astma kimi hallara rast gəlinir. Onlarda damarlarlarda daralma olduğuna görə, insult, infarkt kimi xəstəliklər çox olur. Həmçinin, diabet riski də artır”.

Həkimin fikrincə, insanların elektron siqareti zərərsiz hesab etməsi çox yanlışdır: “Elektron siqaretlərin daxilində qızdırıcı vasitəsilə buxar halına gətirilən nikotin, xüsusi bitki yağları var. Hansı ki, buxar halına gəlib tənəffüs yollarına gedir və insan bunu tüstü olaraq qəbul edir. Elektron siqaretin zərərli tərəfləri heç də siqaretdən az deyil. Onun tərkibindəki nikotin siqareti əvəz edir, amma asılılığı aradan qaldırmır. Asılı adam yenə də çəkməyə davam edir və atdığı zaman eyni hissləri yaşayır. Yağı qızdıqda meydana gələn zərərli maddələr tənəffüs yollarının divarlarına eyni, bəlkə, daha da ağır təsir edir. 

Onu da deyim ki, elektron siqaretlərin onkoloji xəstəliklər yaratmaq riski də var. İnsanın tənəffüs sistemi çox zərif olduğuna görə yad maddələrdən qorunmalıdır. Ocaq tüstüsü, sulu qəlyan, elektron siqaret - bunlar hamısı insan7 tənəffüsü üçün zərərlidir və bunlardan mümkün olduğu qədər uzaq durulmalıdı”.

Sevinc

0