Əziz Sancar AMEA-nın fəxri üzvü seçiləcək

23:24 / 28.11.2023
262

Nobel mükafatı laureatı Əziz Sancar Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) fəxri üzvü seçiləcək.

Bununla bağlı məsələ AMEA-nın noyabrın 29-da keçiriləcək ümumi yığıncağının gündəliyinə salınıb.

İclasda Ə.Sancarın AMEA-nın fəxri üzvü seçilməsi ilə bağlı məsələyə baxılacaq.//report.az

0