Geomaqnit qasırğası: "Xəbərdarlığa biganə qalmaq olmaz"

ÖLKƏ
15:49 / 04.12.2023
461

Son günlərdə Günəşdə baş verən partlayışlar səbəbindən güclü geomaqnit qasırğası hiss olunur. 

Əlbəttə ki, bu da bir çox insana mənfi təsir göstərir. Bu, daha çox həssas, xroniki xəstələr və risk qrupunda olanlarda özünü daha çox biruzə verir. Lakin əfsuslar olsun ki, sözügedən geomaqnit qasırğasının daha bir neçə gün davam edəcəyi proqnozlaşdırılır. 

“Biosfer” İctimai Birliyinin sədri Qorxmaz İbrahimli HİT.az-a açıqlamasında bildirib ki, Günəş sistemində yaranana partlayışlar nəticəsində daha güclü maqnit dalğalarının bir hissəsi zaman-zaman atmosferə daxil ola bilir:

339158

"Yəni sonda Yer kürəsinə yetişir. Müasir elmi-texnoloji inkişaf nəticəsində bu maqnit dalğalarının daxil olacağı vaxt dəqiq hesablanaraq, öncədən insanlara xəbərdarlıq edilir.  Bunun da sayəsində elm adamlarının, xüsusən həkimlərin xəbərdarlığı ilə müxtəlif tip xəstəliklərə yoluxmuş, yaşlı insanlar və digər kateqoriyadan olanlar öncədən hazırlıqlı olurlar. 

Maqnit dalğaları daxil olarkən hipertoniyadan, ürək, qan-damar xəstəliklərindən əziyət çəkən insan qruplarına güclü şəkildə təsir edir. Təəssüf ki, bəzən insanların etinasızlıqları ölümlərinə səbəb olur".  

Həmsöhbətimiz vurğulayıb ki, maqnit qasırğasından qorunmaq üçün edilən xəbərdarlıqlara biganə qalınmamaq lazımdır:

"Elə havalarda belə insanların xüsusilə ağır işlərlə məşğul olmamaları tövsiyə olunur. Hətta nəinki futbol, voleybol və digər idman növləri ilə məşğul olunmamalı, həyəcan yaradan heç bir yarışmanı belə izləməmək lazımdır".

Pərviz

0