Diş klinikalarında Hepatit xəstəliklərinə yoluxma riski..

ÖLKƏ
19:12 / 07.01.2024
287

Elə bir insan tapılmaz ki, həyatında bir dəfə olsun stomatoloqa müraciət etməsin. Son vaxtlar diş həkimlərinin istifadə etdiyi alətlərin dezinfeksiyası və sterilizasiyası məsələsi geniş müzakirə olunur.

Ümumdünya Səhiyyə Təşkilatının hesabatına əsasən, QİÇS və "Hepatit C" xəstəliklərinin yayılmasına təsir göstərən faktorlar arasında birinci yerdə stomatoloji xidmətlər dayanır.

Mütəxəssislər də bildirirlər ki, dişlərin müalicəsi zamanı yol verilən səhlənkarlıq pasiyentin səhhətində ciddi fəsadlar yarada bilər.

Stomatoloq həkim Bayram Əliyev Hit.az-a şərhində bildirib ki, Azərbaycanda insanlar təəssüf ki, sağlamlıqlarına biganədir:

“Ən dəhşətlisi odur ki, bu xəstəliklərə uşaqlar və yeniyetmələr də stomatoloji prosedur zamanı yoluxa bilər. Ona görə uşaqları maksimum uşaqlar üzrə ixtisaslaşmış kabinet və klinikalarda müalicə etdirmək lazımdır. Stomatoloji kabinetdə bu viruslara yoluxmaq xəstədən çox həkimin özü üçün təhlükəlidir. Çünki biz gündə 10 xəstə qəbul edirik. İynə və alət ucluqları toxuna bilər. Təhlükə, risk çoxdur. Hepatit və İİV nəfəs, tüpürcək, xəstənin toxunduğu, əyləşdiyi kreslo ilə keçmir. Bizdə klinika şəraiti olduğundan bütün sanitar normalar, sterilizasiya və dezinfeksiya işləri ciddi görülür. Hər pasiyentlə işləyən zaman elə yanaşırıq ki, sterilizasiya yüksək səviyyədə olsun”.

Sevinc

0