Qar xəstəliklərin qarşısını alırmı?

ÖLKƏ
20:02 / 10.01.2024
232

Dünyanın hər yerində olduğu kimi, qar özü ilə bərabər bir sıra problemlər gətirsə də,  xüsusilə də  kənd təsərrüfatında faydası az deyil .

Bu sahə üzrə ekspertlər qeyd edir ki, qar bitkiləri, xüsusilə birillik olanları, yəni taxılı, tərəvəz-bostan bitkilərini öz əsarəti altına alır və onları soyuqdan, şaxtadan qoruyur. 

Belə bir fikir var ki, qar yağanda virus və xəstəliklər məhv olur.

Professor, tibbi ekspert Adil Qeybulla Hit.az-a şərhində bildirib ki, qarlı havada mikroblarn ölməsi, havanın təmizlənməsi sağlamlıq göstəricisidir:

“Buna görə də qarın yağması faydalıdır. Əslində, qış fəslində qarın olması, havanın fəsilə uyğun temperaturda keçməsi yer kürəsinin sistemidir. Lakin indi qloball istiləşmə baş verir və biz iqlim dəyişikliklərini müşahidə edirik ki, bu da insan sağlamlığına neqativ təsir göstərir. Bu baxımdan qar yağması, iqlimin fəsilə uyğun davam etməsi çox mühüm məsələdir. Bu, həm orqanizmdəki proseslərin düzgün getməsi baxımından, həm də epidemioloji baxımdan vacibdir”.

Sevinc

0