Panik-atak nədir və müalicəsi varmı?

ÖLKƏ
19:14 / 22.01.2024
196

Son vaxtlar cəmiyyətdə qəribə tendensiya yaranıb. Bir qədər əsəbi olan, gərginlik hiss edən, başı ağrıyan, iştahası belə olmayan hər kəsə həkimlər nevroz diaqnozu qoyur. Hələ üstəlik saysız-hesabsız dərman preparatları da təyin edir.

Nevroloq Vahid Əliyev Hit.az-a şərhində bildirib ki, son dövrlərdə panik atakla yanaşı, somatik depressiya, ölüm fobiyası daha çox yayılıb: 

"Panik atak əvvəllər qadınlar arasında daha çox rast gəlinirdisə, bu gün kişilər arasında da geniş yayılıb. Bu istiqamətdə diaqnozu psixiatr və nevroloq qoysa da, farmakoloji müalicə ilə yanaşı, psixoloji müalicə də şərtdir. Bu müalicə kompakt şəkildə aparılmazsa, pasiyentlər müsbət nəticə əldə edə bilməyəcəklər. Bu elə bir diaqnozdur ki, onun müalicəsinə diqqət edilməlidir. 

Müalicə edilmədiyi halda insanı intihara qədər sürükləyə bilər. Çünki bu insanlarda kəskin qorxular olur. Onlar elə düşünürlər ki, bu qorxulardan qurtulmağın yeganə yolu ölümdür və intihar edirlər. Müalicə zamanı təyin edilən dərmanların aludəçilik yaratması məsələsi isə birmənalı deyil. Bunu daha yaxşı nevroloq, psixiatr bilər. Hər hansı antidepressant asılılıq yaratmır. Lakin bütün hallarda müalicələr fərdidir və pasiyentin vəziyyətinə görə təyin edilir”.

Sevinc

0