Abituriyentlər üçün əlavə dərs vəsaitlərinin qiyməti narazılıq yaradır

ÖLKƏ
19:00 / 23.01.2024
224

Son illər ərzində valideynlərdə belə bir fikir formalaşıb ki, ali məktəbə qəbul olmaq üçün mütləq şəkildə övladları repititor yanına getməlidir. İstər repititor, istərsə də hazırlıq kurslarına gedən abituriyentlər müxtəlif dərs vəsaitləri almağa məcburdurlar.

Təklif olunan dərs vəsaitlərinin qiymətinin yüksək olması isə əksər hallarda valideyn və abituriyentləri çətin vəziyyətə salır.

Təhsil üzrə ekspert Kamran Əsədov Hit.az-a qeyd edib ki, ali təhsil müəssisələrinə qəbul olmaq üçün əlavə dərs vəsaitlərinin qiyməti kifayət qədər bahalaşıb. Onun sözlərinə görə, bahalaşma kağız daşıyıcılarının qiymətinin bahalaşması ilə əlaqədardır. Ölkəmizə kağızların idxalına bir sıra güzəştlərin tətbiqinə baxmayaraq, kağız nəşrlər nəyəsə görə günü-gündən bahalaşır:

“Əlavə dərs vəsaiti yenidən müəllif tərəfindən hazırlanarsa, bu, vəsaitlərin bahalaşmasına əsas ola bilər. Amma çoxu köhnə nəşrlərdir. Həmin vəsaitlərdə mühum dəyişiklik yoxdur. Ona görə də, test banklarının bu qədər bahalaşması ədalətsizlikdir. Bu, uşaqların daha yaxşı hazırlaşmasına mənfi təsir göstərir. Aztəminatlı ailələr öz övladlarına bu əlavə vəsaitləri ala bilmirlər”

Sevinc

0