İşğaldan azad olunan ərazilərdə bu qədər mina aşkarlandı

ÖLKƏ
14:41 / 26.03.2024
172

Ötən həftə işğaldan azad edilmiş ərazilərdə aşkarlanan minaların sayı açıqlanıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb.

Bildirilib ki, həyata keçirilən humanitar minatəmizləmə əməliyyatlarında 30 piyada əleyhinə mina, 3 tank əleyhinə mina, 121 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

Həmçinin, 462.1 hektar ərazi minalardan təmizlənib.

Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidməti həyata keçirib.

0